Vaythol

Kenotaf, ortada II Dünya Müharibəsi qadınlarının şərəfinə ucaldılmış abidə, arxada Big-Benin göründüyü Vaytholun 2012-ci ilə aid şəkli.
Atlı qvardiyanın binası (1751–53, arxitektor Uilyam Kent)

Vaythol (Whitehall) — mərkəzi Londonda, Vestminstrdə Trafalqar meydanından Celsiyə qədər A 3212 yolunun birinci hissəsini təşkil edən yol. Trafalqar meydanının cənun qurtaracağından Parlament meydanına əvvəllər Carinq-Kross olan yerə gedən əsas yoldur. Əlahəzrət kraliçanın hökumətinin mərkəzi kimi qəbul olunmuş küçə dövlət idarələri və nazirliklərlə əhatə olunub. Bu səbəbdən Vaythol adı ümumilikdə Böyük Britaniya hökumətini bildirən metonomiya və ətraf ərazinin ümumi çoğrafi adı kimi istifadə olunur.

Vaythol küçəsi adını ərazidə böyük sahəni tutan Uatholl sarayından almışdır. Vaytholl əvvəllər sarayın ön hissəsinə gətirən geniş yola verilən ad idi. Trafalqar meydanı yolun şimal hissəsində 19-cu əsrin əvvəlində salınmışdır. Parlament meydanı ilə Dauninq-strit arasındaki cənub ərazisi Parlament küçəsi adlanır. Parlament küçəsi və Vaythol birlikdə 0.6 mil (1 km) ərazini əhatə edir. Vaythol həmçinin bır sıra xatirə heykəlləri və abidələri ilə də məşhurdur. Bunların arasında ilk növbədə Böyük Britaniyanın ilk hərbi memorialı olan, naməlum əsgərin şərəfinə ucaldılmış abidə qeyd edilməlidir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search